Yayın gəlişinə bir neçə ay qalsa da məşhurların istirahətə getməyə başlayıblar. İngilis mediası ulduzların istirahət fotolarını bir araya toplayıb.
Axşam.az xəbər verir ki, 50 yaşlı Svetlana Bondarçuk Maldivdə istirahət edir. Rejissor Fedor Bondarçukun keçmiş arvadı mavi mayosu ilə fotolar çəkdirib. Svetlana eyni zamanda baxım sirlərini də izləyiciləri ilə bölüşüb.
34 yaşlı Dautsen Krez tətilini Mayamidə keçirib. Model şəkillərini sosial media hesabında paylaşıb.
Modellər Sara Sampayo, Nina Aqdal, Nina Kandelika da dincəlmək üçün isti, çimərlikli yerlərə üz tutanlar sırasındadır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.