Yelkənçilərimiz 14 ölkədən 447 idmançının qatılacağı yarışda iştirak edəcək
Yelkənli İdman Federasiyasının yığma komandası aprelin 18-22-si tarixlərində "Optimist" və "Laser" sinifləri üzrə keçirləcək “32-th Izola Spring Cup” və “Easter Regata” yarışlarında iştirak üçün Sloveniyaya səfər edəcək.
Federasiyadan Trend-ə verilən məlumata görə, yelkənçilərimiz yarışlara başlamazdan əvvəl 14-18 aprel tarixlərində beynəlxalq səviyyəli məşqçi Draqan Qasicin rəhbərliyi ilə təlim məşqlərdə iştirak edəcəklər. 14 ölkədən 447 idmançının qatılacağı yarışlar Yelkənli İdman Federasiyasının yığma komandasının Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
Azərbaycanı yarışlarda "Optimist" sinfi üzrə yelkənçilərimiz Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Murad Hacı-zadə, Murad İsmayılov, Səxavət Əzimov, Laser sinfi üzrə Murad Allahverdi və İsmayıl Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçi Anton Vilyayev təmsil edəcəklər.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb