İran Yəməndə hava hücumlarında yaralananları ölkəsində müalicə edə biləcəyini açıqlayıb. Tehran rəhbərliyi ayrıca Yəmən hökumətinin istəyəcəyi halda bu ölkəyə tibbi yardım və həkim göndərməyə də hazır olduğunu bildirib. İran Səhiyyə Nazirliyi Yəmənə qarşı Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın endirdiyi hava zərbələrinə görə, yığıncaq təşkil etdiyini bildirilir. Səhiyyə naziri, Qızıl Aypara təşkilatının və hərbi səlahiyyətlilərin qatıldığı yığıncağın ardından verilən şərhdə "inqilab hökuməti" olaraq adlandırılan Yəmən hökumətinin kömək istəyəcəyi halda bu ölkəyə yardım göndəriləcəyi qeyd edilib. Tehran həmçinin hava zərbələri zamanı yaralanan yəmənlilərin ölkəsindəki xəstəxanalarda müalicə etməyə hazır olduğunu ifadə edib. Qeyd edək ki, Tehran rəhbərliyi Yəməndə məscidə edilən hücum zamanı yaralanan 52 nəfəri müalicə etmək məqsədiylə İrana gətirib. Hazırda yaralılar Tehranda müalicə edilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.