Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti ilə Səudiyyə Ərəbistanı kralı arasında telefon danışığı olub. ABŞ prezidenti Barak Obama ilə Səud kralı Salman bin Abduləziz əl-Suud arasında baş tutan danışıqda Yəməndəki vəziyyət müzakirə edilib. Bu barədə Ağ Evin mətbuat xidməti xəbər yayıb.
Açıqlamada bildirilir ki, danışıqda hər iki ölkə arasında güclü dostluq, tərəfdaşlıq əlaqələrinin olduğu vurğulanıb. Yəmən prezidenti Abdurrabbu Mənsur Hadinin tələbi ilə Səudiyyə Ərəbistanı Körfəz Əməkdaşlıq Şurası ölkələri və digərlərinin keçirdiyi əməliyyatı dəstəklədiyini bildirən Obama, həmçinin rəsmi Vaşinqtonun Səudiyyə Ərəbistanına təhlükəsizlik məslələrində kömək edəcəyini də bəyan edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz əl-Suudun bu gün və sabah keçirilməsi nəzərdə tutulan Ərəb Dövlətləri Liqası sammitində də Yəməndəki vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.