Son dəfə Star tv-də yayımlanan "Ufak Tefek Cinayetler" serialında rol alan Mert Fırat "Suriyalılara dil tədrisi" dərsində qonaq kimi iştirak edib.
Axşam.az xəbər verir ki, aktyor onlara "Əvəzliklər"dən dərs keçib.
"Suriyalı vətəndaşların ev sahibi olan xalqımızla anlaşa bilmələri, həyatlarına yön vermələrinin önündəki ən böyük əngəl dil tədrisidir. Eyni dili danışmağa başlayınca bir çox problemin həll olacağına inanıram" deyə, Mert bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.