Yunanıstanın cənub-şərqində zəlzələ baş verib. Cia.az-ın məlumatına görə, Egey dənizinin Karpatos adaları yaxınlığında meydana gələn zəlzələ Rixter şkalası ilə 5.2 bal gücündə olub. Bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb. Zəlzələnin episentri episentri Karpatosdan 60 km qərbdə, ocağı isə yerin 5.2 km dərinliyində yerləşib. Sahil məntəqələrdə hiss olunan zəlzələ əhali arasında ciddi narahatlığa səbəb olmayıb. Qeyd edək ki, təbii fəlakət nəticəsində xəsarət alanlar yoxdur.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.