banner
banner

Sağlamlıq

7 təbii ağrıkəsici

7 təbii ağrıkəsici

3 sm kəsilmiş zəncəfil kökünü qaynar suya salıb 10 dəqiqə gözlədikdən sonra bir az bal əlavə edib içdikdə orqanizmdə olan ağrılar azalır. Xroniki ağrılardan əziyyət çəkənlər yedikləri qidalara zəncəfil töksələr ağrıları azalar. Araşdırmalara görə gün ərzinddə 2 dəfə zəncəfil dəmləməsi içmək revmatim xəstəliyi zamanı diz və ayaqlarda olan ağrıları aradan qaldırır. Zəncəfil dəmləməsi soyuqlama zamanı bədəndə olan ağrıları azaldır, aybaşı ağrılarını yüngülləşdirir.
2.Acı bibər
Milli.Az immunitet.az-a istinadən bildirir ki, əgər yeməyinizi acılı və ədviyyatlı sevirsinizsə bundan öz faydanız üçün istifdə edin. Acı bibər baş ağrıları, artrit ağrıları zamanı faydalıdır. Acı bibərin tərkibindəki maddələr beyinə gedən ağrı siqnallarını azaldır. Acı bibərdən ağrıkəsici mazlar, məlhəmlər və losyonlar hazırlanır.
3.Sarıkök
Sarıkök mədə qıcqırmasından əziyyət çəkən adamlara yardımçı olur.Onun kimyəvi tərkibi anti-enflamatuar iltihab əleyhinə təsir göstərir. Həzmin getməsini zəiflətdiyi üçün sarıkökdən az miqdar istifadə etmək lazımdır.
4.Maqnezium
Bir çox qida maddələrinin tərkibində maqnezium var.Amma bişirilən zaman o yox olur. Maqnezium orqanizmdə sümük, əzələ və sinir xəstəlikləri zamanı faydalıdır. Maqnezium stressi azaltmaqla yanaşı, sümük ağrıları zamanı ağrıkəsici təsir göstərir.
5.Gilas
Bir boşqab gilas yemək iltihabı azaltmaq qabiliyyətinə malik olduğu üçün iltihab səbəbli ağrıları da aradan qaldırır. Gilasın müalicəvi xüsusiyyəti onun qabığındadır.Belə ki, gilasın qabığında antosiyanin var. Antosiyanin boyrütkəndə, qırmızı üzümdə, çiyələkdə və moruqda da olur.
6.Söyüd qabığı
Soyüd qabığı təbii aspirindir. Min illərdir söyüdün qabığından ağrlkəsici kimi istifadə edilir. Söyüd qabığında asetil salisil tərkibinə çox bənzəyən salisil maddəsi var. Söyüd qabığı kürək ağrılarında, baş ağrıları zamanı və osteartrit zamanı ideal ağrıkəsicidir. Söyüd qabığı dəmləməsi orqanizmə aspiridən çox, uzun müddətli təsirə malikdir. Qəbul etməzdən əvvəl söyüdə allergiyanın olub olmamasını öyrənmək lazımdır.
7.Ayı pəncəsi
Ayı pəncəsi dəmləməsi mədə qıcıqırması və qara ciyər xəstəlikləri zamanı çox faydalı olması ilə bərabər, kürək ağrılarının da azalmasına səbəb olur.Bitkinin ağrıkəsici xüsusiyyətə səbəb olması onun tərkibində iridoid qlükozitlərinin olmasıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.