banner
banner

Sosİal

Yay vaxtına keçid bizə nə qazandırır?

Yay vaxtına keçid bizə nə qazandırır?

"Saat əqrəblərinin irəli və ya geri çəkilməsi əksər inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa dövlətlərində tətbiq edilir. Beynəlxalq praktikada yay və ya qış vaxtına keçid iqtisadi, psixoloji və tibbi faktorlar ilə bağlı olsa da, kriminal hadisələrə qarşı mübarizə tədbiri kimi də tətbiq edilir".
Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov deyib. O bildirib ki, iqtisadi baxımdan bu qərarların əsas səbəbi, enerjiyə qənaət etmək imkanının və eləcə də sosial vətəndaşların yeni fəsilə adaptasiya edilməsi baxımından əhəmiyyətli olması ilə bağlıdır:

"Əvvəla yay vaxtına keçmənin başlıca əhəmiyyəti ondan ibarətdir ki, iş başladığı andan bitənə qədər, praktiki olaraq hava işıqlı olduğundan, həmin zaman müddətində enerjiyə qənaət olunur. Bunun digər tərəfi ondan ibarətdir ki, məşğul əhali yeni fəsilə uyğunlaşa bilirlər. Beynəlxalq standartlara əsasən, saatların geri çəkilməsi ilə həmin müddət ərzində ölkəmizdə enerji sərfinə 5 faiz qənaət edilir.

Bu baxımdan, qış və yay vaxtlarının tətbiq edilməsinin doğru addımdır. Çünki bu, Avropada tətbiq edilmiş və uzun müddət sınanılmış bir praktikadır. Tətbiq olunan praktika yalnız iqtisadi deyil, eyni zamanda psixoloji və digər aspektlərə də əsaslandırılır. Azərbaycanda bu sistemin tətbiqinin, həm fəslin dəyişməsi ilə əlaqədar olaraq işçilərin əhval-ruhiyyəsinin mövsümə uyğunlaşdırılmasına, həm də məhsuldarlığın artması aspektinə müsbət təsirləri var".

Mütəxəssis hesab edir ki, yay vaxtına keçid xidmət sektorlarında iş vaxtının daha uzunmüddətli olmasına şərait yaradılması baxımından əhəmiyyətlidir: "Bu xidmət sektorunda çalışan müəssisələrin gəlirlərinin artmasına təsir göstərir. İqtisadi baxımdan aqrar sektor iş müddətinin uzanması baxımdan saat əqrəblərinin irəli çəkilməsindən udan sahə hesab edilir", - deyə mütəxəssis söyləyib.(anspress)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.