Türkiyənin Antalya şəhərindəki dünyanın ən lüks otellərindən biri ilə bağlı yayılan iddialara aydınlıq gətirilib. Azərbaycanlı iş adamı Telman İsmayılov (AST Telman) tərəfindən 1,4 milyard dollara inşa edilən "Mardan Palace"ın borca görə satışa çıxarılması xəbərlərinə şirkətin CEO-su Natiq Abbasov və İcracı direktoru Çetin Pehlivan münasibət bildirib.
N.Abbasov fərqli sahələrdə fəaliyyət göstərən şirkətlər qrupunun turizm sahəsindəki ilk layihəsi olan "Mardan Palace" otelin qürur qaynağı olan layihələrindən olduğunu deyib: "Bank rəsmiləri ilə hüquqşünaslarımız arasında aparılan danışıqlar son mərhələyə çatıb. Bu prosesin ən gec gələn həftəyə qədər yekunlaşmasını gözləyirik. Bu prosesinin "Mardan Palace"ın qonaqlara göstərdiyi VİP xidmət ilə heç bir əlaqəsi yoxdur", - deyə N.Abbasov söyləyib.
"Mardan Palace" otelinin icraçı direktoru Çetin Pehlivan isə fəaliyyətə başladıqları 2009-cu ildən bu yana bu cür xəbərlərin gündəmə gəldiyini deyib. O bildirib ki, bu cür xəbərlər xidmət keyfiyyətinə qəti təsir etmir: "Əksinə, hər il artan tələblərlə, ilə 144 fərqli ölkədən minlərlə qonağa xidmət edirik. Min nəfərlik bir personalla saray xidməti təqdim edirik. Otelimiz Novruz bayramı ilə əlaqədar olaraq iranlı qonaqlara ev sahibliyi edir", - deyə otelin icraçı direktoru bildirib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.