banner
banner

İdman

“Barselona” Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb, “Yuventus” dayanıb

“Barselona” Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb, “Yuventus” dayanıb

UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Trend-in məlumatına görə, “Barselona” komandası “Kamp Nou”da İngiltərənin “Mançester Yunayted” klubunu qəbul edib.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 16-cı dəqiqədə kataloniyalıların hücumçusu Lionel Messi açıb. Cəmi 4 dəqiqə sonra Messi hesabda fərqi artırıb.

Oyunun son qolunu 61-ci dəqiqədə uzaq məsafədən zərbə ilə Filipe Koutinyo vurub.

Xatırladaq ki, komandalar arasında ilk oyun kataloniyalıların 1:0 hesabı ilə yekunlaşıb. Beləliklə, “Barselona” turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

 

Turnirin digər ¼ final oyunu İtaliyada keçirilib. “Yuventus” Hollandiyanın “Ayaks” klubunu qəbul edib.

Matç qonaq komandanın 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Kristiano Ronaldonun 28-ci dəqiqədə vurduğu qola, hollandiyalılar 34-cü (Van de Bek) və 67-ci (Matteys de Liqt) dəqiqələrdə cavab verib.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən, "Ayaks" Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.