Türkiyəli aparıcı Burcu Esmersoy İnstaqram hesabında paylaşdığı şəkillərlə izləyicilərinin təəccübünə səbəb olub.
Axşam.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, paylaşdığı şəkillərlə biraz kilolu görünən Burcunun hamilə olduğu ağıllara gəlib. İzləyicilərin hamiləliklə bağlı rəylərini bəyənən aparıcı daha öncə də övlad sahibi olmaq istəyini dilə gətirmişdi.
"Uşaq istəyirik.Ancaq indi karyeramın zirvəsini yaşayıram. Uşağı dünyaya gətirmək asandır. Ancaq mən onun yanında olub böyüdüyünü izləmək istəyirəm. Buna görə də hələ ki, zamanı olduğunu düşünmürəm", deyə 42 yaşlı aparıcı deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.