Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində cavab oyunları keçirilib.
Trend-in məlumatına görə, "Mançester Siti" klubu doğma meydanda "Tottenhem"i qəbul edib.
Qarşılıqlı hücumlarla keçən oyun ev sahibinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: R.Sterlinq (4-cü və 21-ci dəqiqələr), Son Xın-Min (7-ci və 10-cu dəqiqələr), B.Silva (11-ci dəqiqə), S.Aquero (59-cu dəqiqə), F.Lyorente (73-cü dəqiqə).
Səfərdə daha çox qol vuran komanda kimi "Tottenhem" növbəti mərhələyə yüksəlib. (İlk oyun: "Totenhem" 1:0 "Mançester Siti")
Yarımfinalda "Totenhem" "Ayaks" ilə qarşılacaq.
Digər oyunda "Liverpul" "Portu"nun qonağı olub. Qonaqlar ilk oyunda olduğu kimi yenidən inamlı qələbə qazanıblar - 1:4. Qollar: S.Mane (26-cı dəqiqə), M.Salah (65-ci dəqiqə), E.Militao (69-cu dəqiqə), R.Firmino (77-ci dəqiqə), V.Van Deyk (84-cü dəqiqə).
Hər iki oyunun nəticəsinə görə 6:1 hesabı ilə qələbə qazanan "Liverpul" yarımfinala yüksəlib. (İlk oyun: "Liverpul" 2:0 "Portu")
Yarımfinalda "Liverpul" "Barselona" ilə qarşılaşacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb