Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Türkiyədə bir sıra görüşlərdə iştirak edib
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri arasında keçirilən dostluq idman yarışları ilə əlaqədar Türkiyədə səfərdə olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov bu ölkənin Baş Qərargahının rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı ordu generalı Ümit Dündar və Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin rəisi general İsmayıl Güzəllər ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşlər zamanı tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, həmçinin hər iki ölkənin hərbi təhsil müəssisələrinin müəllim-professor heyətinin qarşılıqlı səfərlərinin təşkili məsələləri barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.