banner
banner

Gündəm

ETSN nümayəndələri Cocuq Mərcanlıya səfər edib

ETSN nümayəndələri Cocuq Mərcanlıya səfər edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəhbərliyi və əməkdaşlarından ibarət nümayəndə heyəti “Ekoloji bilik günü” çərçivəsində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin nümayəndə heyəti əvvəlcə “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüşən Nazirlik nümayəndələri gətirdikləri ekoloji təbliğat vasitələrini, eyni zamanda kağız, məişət və plastik tullantıların çeşidlənməsi məqsədilə hazırlanmış qutu və konteynerləri məktəbə hədiyyə ediblər.

Daha sonra Nazirliyin nümayəndələri Umayra Tağıyeva və Hikmət Əlizadə şagirdlərə ölkəmizin ekoloji vəziyyəti, iqlimi, günəş, hava, su, hava proqnozlarının hazırlanması, Azərbaycanın flora və faunası, milli parklar və qoruqlarla bağlı dərs keçib, məlumatlandırıcı səmimi söhbət aparıb və məktəblilərdə təbiətə qayğıkeş münasibətin formalaşması məqsədilə tövsiyələr veriblər.

 

Nümayəndə heyətinin səfəri Cocuq Mərcanlı kəndindəki sosial obyektlərlə tanışlıqla davam edib.

Daha sonra xüsusi ayrılmış ərazidə ağacəkmə aksiyası keçirilib və Nazirliyin tinglik sahələrində yetişdirilmiş meyvə ağacları əkilib.

Qeyd edək ki, “Ekoloji bilik günü” çərçivəsində Nazirliyin nümayəndələrinin növbəti görüşü Ağcabədi rayonunda davam edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.