banner
banner

Sağlamlıq

Qocalmağa qoymayan möcüzəvi qida

Qocalmağa qoymayan möcüzəvi qida

Sağlamlıq üçün faydalı olan yumurta dəri gözəlliyi üçün də yararlıdır.

İndiki dövrdə stress, yuxusuzluq və ətraf mühitin təsirindən dəri daha tez qocalır. Yaşlılıqla mübarizə aparmaq üçün yumurtanın gücündən yararlana bilərsiniz.

Mütəxəssislər yumurtanın tərkibindəki mineralların hüceyrələri yeniləyici xüsusiyyəti olduğunu bildirirlər. Həmçinin, bədəndəki  oksigenin daha yaxşı paylanmasını təmin edir.

E vitamin mənbəyi olan yumurta qoz, fındıq, ət, balıq, yaşıl yarpaqlı bitkilər və alma ilə yeyildikdə daha faydalı hala gəlir.

Yumurtanın tərkibindəki C vitamini də yaşlanmağı əngəlləyir.  Qırışların yaranmasının qarşısını alır, həmçinin yeni yaranmış incə qırışların açılmasını təmin edir.

Yumurtanın yanında əsl C vitamini anbarı olan yaşıl bibər, çiyələk, pomidor və kivi yeyərək qocalığı ən az 5 il təxirə sala bilərsiniz.

Qeyd edək ki, yaşlanma prosesi 25-30 yaşdan etibarən başlayır. Ona görə də elə bu yaşlardan başlayaraq qidalanma rejiminizə  diqqət etməli, yaşlanma prosesini gecikdirən qidaları menyunuza daxil etməlisiniz.(sağlamolun)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.