banner
banner

Sosİal

İşsizlər üçün fürsət

İşsizlər üçün fürsət

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2015-ci ilə dair İş Planına əsasən, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə gələn aydan respublikamızın bölgələrində növbəti əmək yarmarkalarının keçirilməsinə başlanacaq.
Il ərzində respublikanın 55 rayon və şəhərində əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulur. Yarmarkalarda işaxtaran və işsiz vətəndaşlara boş (vakant) iş yerləri təklif olunmaqla, müvafiq hallarda onlar mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb ediləcəklər. Yarmarkalar zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün Səyyar Əmək Birjalarının iştirakı da təmin ediləcək.

Bununla yanaşı, qeyd olunan İş Planına uyğun olaraq, gənclərin əmək bazarına çıxışının dəstəklənməsi və səmərəli məşğulluğunun təminatı məqsədilə ölkəmizin ali təhsil müəssisələrində tələbə və məzunlar üçün "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də planlaşdırılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.