Müğənni Jastin Biberlə ayrıldıqdan sonra sükuta qərq olan Selena Qomez uzun müddətdən sonra ilk dəfə müsahibə verib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni depressiya ilə əlaqədar müalicəsini davam etdirir. Sosial şəbəkələrdən uzaqlaşan ifaçı insanların onu “gözəl” adlandırmasını istəmir.
"İnsanların gözəlliyimə görə deyil, məni mən olduğum üçün sevmələrini istəyirəm. Psixoterapiyalar məni uşaqlıqdan bəri narahat edən düşüncələrdən də qurtarıb. Hazırda yalnızam. Nəhayət ki, mən yalnızlıqdan zövq alacaq yaşa çatmışam" deyə, müğənni bildirib.
Selena fanatlarına bu il yeni albom çıxaracağı müjdəsini də verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.