Yəmənin paytaxtı Sənada aeroport tamamilə yararsız hala düşüb. Buna səbəb paytaxta edilən hava hücumları olub. Yəmənin mülki aviasiya administrasiyası bu haqda xəbər yayıb. Məlum olub ki, Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrindən ibarət koalisiya qüvvələri bir sıra hərbi obyektlərə də hücumlar edib. Nəticədə koalisiyanın Hərbi Hava Qüvvələri Sənada ballistik raketlərin də saxlanıldığı hərbi bazanı məhv edib. Xatırladaq ki, Yəmən hal-hazırda siyasi böhran içərisindədir. Ölkənin cənubunda "Əl-Qaida" hökm sürür, mərkəzində isə prezident Abd Rabbuh Mənsur Hadinin qüvvələri ilə ona qarşı olan husilər arasında döyüşlər gedir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.