Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu partiyasının baş katibinin oğlu üçün elçiliyə gedib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gürsel Tekinin oğlu Ulaş Tekin üçün qız istəməyə gələn Kılıçdaroğlu razılıq aldıqdan sonra nişan üzüklərini taxıb və gənclərə xoşbəxt həyat arzulayıb. Nişan mərasimindən sonra ailələr xatirə şəkilləri çəkdiriblər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.