ABŞ-ın baş prokurorunun birinci müavini istefaya gedir
ABŞ-ın ədliyyə naziri və baş prokurorunun birinci müavini Rod Rozenstayn istefaya gedir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, R.Rozenstayn ABŞ prezidenti Donald Trampa istefa istəyi haqqında ərizə göndərib.
Ərizədə deyilir: "Baş prokurorun öz postunda fəaliyyətinin orta müddəti 16 ay təşkil edir və bəziləri 2 ildən çox bu vəzifəni tuturlar. Mən mayın 11-dən istefam haqqında ərizəmi verirəm".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.