Türk aktyor Çağatay Ulusoy Kerem Bürsindən yeni ayrılan aktrisa Serenay Sarıkayanın fotosunu bəyənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, izləyicilərin reaksiyası ilə qarşılaşan aktyor bəyənməni daha sonra geri alaraq şəklə baxarkən səhvən əli dəydiyini deyib.
Serenay isə "Tvitter"də Çağatayı izləməyə başlayıb. Bu isə keçmiş sevgililərin yenidən barışmaq istədiyini ağıllara gətirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.