banner
banner

Dünya

“Skype” və “WhatsApp” yasaqlandı

“Skype” və “WhatsApp” yasaqlandı

Özbəkistanın "Uztelekom" milli provayderi "Skype", "WhatsApp", "Viber" və "Mail.Ru" Agent üzərindən edilən zəngləri bloklamağa başlayıb.

CİA.Az-ın "ICTnews"a istinadən məlumatına görə, adı çəkilən xidmətlərin istifadəçiləri oktyabrın 10-dan etibarən rabitənin keyfiyyətsizliyindən şikayət etməyə başlayıblar, amma KİV yalnız ötən həftənin sonunda bu haqda yazıb.

"Skype", "WhatsApp" və "Viber" vasitəsilə ünsiyyət qurmaq mümkündür,ancaq keyfiyyətli rabitə bir neçə saniyə davam edir. Bu halda messencerlərin istifadəçiləri mətn mesajlarını problemsiz göndərə bilərlər. UzNews.net onlayn nəşrinin mənbəyi əmin edir ki, rabitəni "Uztelekom" milli provayderi bloklayır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.