banner
banner

İdman

"Liverpul" - "Barselona" matçında 4 qol - İlk finalçı məlum oldu

"Liverpul" - "Barselona" matçında 4 qol - İlk finalçı məlum oldu

Çempionlar Liqasında yarımfinal matçının cavab oyununda "Liverpul" klubu ilə "Barselona" klubu qarşı-qarşıya gəlir.

Musavat.com-un məlumatına görə, oyun "Liverpul"un böyük üstünlüyü ilə davam edir. İlk oyunda 3-0 uduzan "Liverpul" öz sahəsində İspaniya təmsilçisi "Barselona"nı qəbul edir. Rövanş matçında İngilis təmsilçiləri 3-0 üstünlük əldə etməyi bacarıblar. 

Hazırda oyunun 64-cü dəqiqəsidir və "Liverpul" 3-0 üstünlüyü saxlayaraq ümumi hesabı bərabərləşdirib. 

Oyunun növbəti dəqiqələrində daha bir qol vurulub. "Liverpul" futbolçusu Divork Origi oyunda özünün ikinci, komandasının isə 4-cü topunu rəqib komandanın qapısından keçirib. 

Qarşılaşmada başqa qol vurulmayıb. "Liverpul" "Barsa" qarşısında 4-0 üstünlüklə oyunu tamamlayıb. Beləliklə də ingilis təmsilçilər ümumi hesabda 4-3 hesabı ilə üstünlük qazanaraq finala yüksəlib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.