Ukrayna ordusunda artıq generallar həbs edilməyə başlanılıb. Bu barədə Ali Rada sədrinin müavini Andrey Parubiy açıqlama verib. Onun gözlərinə görə, generalların həbsi korrupsiya ilə bağlıdır. "Bu il ərzində korrpusiya ilə məşğul olan xeyli general həbs edilib. Lakin bütün bunları ictimailləşdirilmədi. Belə lazım idi. ABŞ Ukrayna ordusu üçün quru yeməklər göndərəndən bir neçə həftə sonra həmin yeməklər internetdə satışa çıxarıldı. Bununla məşğul olan xeyli korrupsioner general həbs edildi", - deyə Parubiy bildirib.
Sədr müavini onu da bildirib ki, korrpusiya ilə mübarizə həmişə ictimailəşdiriləcək.
Qeyd edək ki, Ukrayna prezidenti bəyan edib ki, korrupsiya ilə mübarizə erası başlayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.