Azərbaycanın futbol üzrə birinci divizionunda yarışların sonuna bir tur qalmış “MOİK” futbol komandası çempionluğunu rəsmiləşdirib.
Trend-in məlumatına görə, ötən turda Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda “Qaradağ”la qarşılaşan hərbçilər hər hissədə bir qol vurmaqla səfərdə qələbə qazanıb. MOİK-in heyətində 9-cu dəqiqədə Bahadur Həziyev, 73-cü dəqiqədə isə Orxan Həsənov fərqləniblər.
Bununla da MOİK 18 ildən sonra yenidən zirvəyə yüksələrək Azərbaycan peşəkar futbol klublarının çıxış etdiyi Premyer Liqaya vəsiqə qazanıb. MOİK sonuncu dəfə 2000/01 mövsümündə 1-ci divizionda 1-ci yeri tutub. Bundan sonra 10 dəfə divizionda oynasa da, “hərbçilər” ən yaxşı halda 2008 və 2010-cu illərdə iki dəfə 2-ci yeri tutaraq, hər iki halda elitaya vəsiqə qazanıb.
Onu da əlavə edək ki, MOİK son dəfə yüksək liqada 2010/11 illər mövsümündə çıxış edib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb