Yaponiyanın baş naziri Sindzo Abe faşizm üzərindəki qələbənin 70 illiyi ilə əlaqədar Moskvada keçiriləcək tədbirlərdə iştirak etməyəcək.
ANS PRESS-in məlumatına görə, İtar Tass xəbər verir ki, bu barədə ölkənin “Sankey” qəzeti hakimiyyətdə olan mənbələrə istinadən yazıb.
Onların sözlərinə görə, baş nazirin qərarı barədə rəsmi açıqlama apreldə veriləcək.
Qeyd olunur ki, Sindzo Abe ABŞ, Fransa və Almaniyanın rədd cavabını nəzərə alaraq bu qərara gəlib. Lakin qəzet əlavə edib ki, Sindzo Abenin rədd cavabı ikinci dünya müharibəsi ilə əlaqədar Rusiya ilə olan müqavilənin olmamasını və Cənubi Kuril adaları ilə bağlıdır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.