BMT Baş katibi Fars körfəzindəki artan gərginlikdən narahatdır
BMT-nin Baş katibi Antonio Quttereş Fars körfəzindəki son hadisələrə görə dərindən narahatdır.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə onun rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib.
S.Dyujarrik qeyd edib ki, Baş katib artan narahatlığı ilə Körfəz bölgəsindəki son hadisələri izləyir.
Baş katib, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin sahillərində tacir gəmilərinə edilən son hücumları pisləyib, faktları təsbit etmək və cavabdehləri məsuliyyətə cəlb etmək üçün gələcək istintaqa ehtiyac olduğunu vurğulayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.