banner
banner

Hərbİ

Zakir Həsənov əsgərlərə səsləndi

Zakir Həsənov əsgərlərə səsləndi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov müddətli həqiqi hərbi xidmətə çağırılan və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara müraciət edib.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Yoldaş hərbi qulluqçular!
Bu gün siz həyatınızın ən şərəfli günlərindən birini yaşayırsınız.
Ümummilli liderimiz Heydər Əliyev vaxtıilə demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatnı bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
Siz elə bir vaxtda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırsınız ki, bu günlər Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri mövqelərimizə hücum etmiş erməni işğalçı qüvvələrinin layiqli cavablarını verərək rəşadət, cəsarət və peşəkarlıq nümunələri göstərmişlər. İndi hər yerdə Azərbaycan əsgərinin şərəfinə xoş sözlər eşitmək olar. Xalq öz Ordusuna inanır və ona güvənir".

Müdafiə naziri Ali Baş Komandan İlham Əliyevin 19 mart 2015-ci ildə Novruz bayramı ilə əlaqədar Bakı şəhərində keçirilən ümumxalq şənliyində çıxışından sitat gətirib: "Bizim əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar. Biz tam üstünlük əldə etmişik... Bu gün Azərbaycan Ordusu həm hazırlıq, texniki təchizat, silah baxımından dünya miqyasında, dünyanın ən qabaqcıl orduları sırasındadır.

Bu, siz əsgərlərin xidmətinə ölkə rəhbərliyinin verdiyi ən yüksək dəyərdir. Əminəm ki, Siz orduda aldığınız təlim-tərbiyə və təcrübəni mülki həyatda da dövlətimizin qüdrətlənməsinə, orduya vətənpərvər gənclərin hazırlanmasına həsr edəcək, orduda komandirlərin etimadlarını doğrultduğunuz kimi, arxa cəbhədə də valideynlərinizin ümidlərini doğruldacaq, ata-ananıza layiqli övlad, Vətən üçün dəyərli vətəndaş olacaqsınız.

Nazir qeyd dib ki, orduya çağırılan gənclər bilməlidirlər ki, əsgər həyatının özünəməxsus çətinlikləri var: "Lakin öz Vətənini, torpağını, xalqını ürəkdən sevən, hərb elmini, etibar edilmiş, silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin şərəfli yolu inamla, uğurla keçəcək və xalqımızın, ölkə rəhbərliyinin hörmət və məhəbbətini qazanacaq.
Torpaqlarımızın bir hissəsi düşmən işgalındadır. Qarşınızda duran ən mühüm vəzifə bu torpaqları düşmən əsarətindən xilas etməkdir. Bu vəzifəni uğurla həyata keçirmək üçün siz də Ali Baş Komandanın əmrlərinə hazır olmalı, əsgər həyatının hər anından səmərəli istifadə etməlisiniz".

Z.Həsənov xidmətini şərəflə başa vurmuş hərbi qulluqçulara nümunəvi xidmətlərinə görə təşəkkür edib: "Vətənə layiqli övladlar yetişdirdiklərinə görə valideyinlərə minnətdarlığımı bildirir, gənc-əsgərlərə isə hərbi ənənələri uğurla davam etdirərək Silahlı Qüvvələrimizin döyüş salnaməsinə yeni-yeni parlaq səhifələr yazmağı arzulayıram".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.