Dizayner Fatma Senem Erdem "Çantalarımı aldı və qaytarmadı" ittihamı ilə müğənni Gülşəni məhkəməyə vermişdi.
Axşam.az-ın məlumatına görə, hakimin iddianı rədd etməsi Erdemi özündən çıxarıb.
Fatma 50 min lirə (təxminən 13 min manat) dəyərindəki çantalarını, ya da pulunu geri istəyir. Gülşən isə dizayneri tanımadığını, ondan heç bir şey almadığını bildirib.
"Mənim şahidlərimi dinləmədilər. Evimin birinci mərtəbəsindəki gözəllik salonunun sahibi və işçiləri buna şahiddir, amma dinləmədiniz. Onların yanında çantaları vermişəm" deyə, Fatma hakimə etiraz edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.