banner
banner

Dünya

Qədr gecəsində imam qətlə yetirilib

Qədr gecəsində imam qətlə yetirilib

İranın cənubunda yerləşən Fars vilayətinin Kazerun rayonununda imam Məhəmməd Xorsənd soyuq silahla qətlə yetirilib.

Trend-in məlumatına görə, bunu İranın Fars vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Kavus Məhəmmədi deyib.

K.Məhəmmədinin sözlərinə görə, imam Qədr gecəsi mərasimindən geri dönən zaman mənzili qarşısında bıçaqlanıb.

İmam xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis polkovniki qatilin saxlanılması üçün əməliyyatın keçirildiyini bildirib:

 

"Qatil fotoqraf olub. O, ruhani ilə selfi çəkdirməyə israr edib və şəkil çəkdirərkən onu bıçaqlayıb".

Xatırladaq ki, aprel ayında İranın Həmədan vilayətində bir ruhani odlu silahla qətlə yetirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.