“UEFA Avropa Liqasının finalı 2019” poçt markasında
“Azərmarka” MMC “UEFA Avropa Liqasının finalı 2019” adlı poçt vərəqini tədavülə buraxıb.
MMC-dən Trend-ə verilən məlumata görə, orijinal poçt vərəqi 2 növ maraqlı markadan ibarətdir. Poçt vərəqinin ölçüsü 100x132 mm, markanın ölçüsü isə 40x28 mm-dir.
Poçt markalı vərəq “Azərmarka”nın rəssamı Nəriman Məmmədzadə tərəfindən hazırlanıb. Layihə Belarus Respublikasının “Bobruisk Integrated Printing House” çap evində işiq üzü görüb.
İki növ markadan ibarət olan kiçik poçt vərəqlərinin tirajı 5 min nüsxə, hər markanın tiraji isə 20 min nüsxə təşkil edir.
Buraxılışa əlavə olaraq 200 ədəd “İlk gün” zərfi də dövriyyəyə buraxılıb.
Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb. UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda təşkil olunan final oyununda “Çelsi” və “Arsenal” komandalarının start heyətində 15 ölkədən futbolçular iştirak edib. Komandalar bu göstərici ilə avrokuboklarda mövcud rekordu yeniləyiblər.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb