banner
banner

Sosİal

2 yaşlı Sevdanı necə şikəst ediblər?

2 yaşlı Sevdanı necə şikəst ediblər?

Pərviz Niftalıyev: «Ləki xəstəxanasının həkimi Fəridə Osmanova doğuş zamanı uşağımın travma almasına səbəb olub, şikayətlərimizə isə baxan yoxdur»

«Ağdaşın Ləki qəsəbə Xəstəxanasının həkimi Fəridə Osmanovanın səriştəsizliyi nəticəsində azyaşlı övladım Sevda şikəst qalıb. 2 yaşının olmasına baxmayaraq, nə yeriyə, nə otura, nə də danışa bilmir». Bu sözləri JAM.AZ-a rayonun S.Abdullayev küçəsi ev 2 ünvanında yaşayan Niftalıyev Pərviz Məhəməddiyə oğlu yazıb.

O bildirir ki, 21 yanvar 2013-cü il tarixdə Fəridə həkim səriştəsizlik edərək, doğuş zamanı onun uşağını tramvalı dünyaya gətirib. «Qeyd edim ki, Fəridə Osmanova ixtisasca pediatr həkimi olsa da, Ləki xəstəxanasında doğuşları həyata keçirməklə məşğuldur. Bunun nəticəsidir ki, doğuş zamanı uşaqlar tramva alıb ömürlük şikəst olurlar. Bir neçə ölüm faktı da olub».

Pərviz Niftalıyev qeyd edir ki, 21.01.2013-cü il tarixdə doğuşdan sonra balaca Sevda dayanmadan saatlarla ağlayıb. «Azyaşlıya ağır dozalı sakitləşdirici iynə vurulmasına baxmayaraq, sakitləşmədi. Səriştəsizlik edən Fəridə həkim bunun səbəbini öyrənmək üçün uşağı bizimlə birlikdə Mingəçevir Xəstəxanasına apardı, bizim iştirakımız olmadan müayinə edildi və bizə yalandan dedi ki, guya uşağın beynində bərkimə getdiyindən ağlayır, qorxulu heç nə yoxdur. Ancaq sonradan Bakıda həkimlər müayinə edib bildirdilər ki, doğuş zamanı aldığı tramva nəticəsində uşağın beynində qansızma var».

JAM.AZ-a yazan Ağdaş sakini iddia edir ki, illərdir qızını Bakı və Rusiyadakı xəstəxanalardan müalicə etdirir. «Müalicələrə görə küllü miqdarda pullar xərcləmişik, borc içindəyik.Bu səbəbdən artıq çörək almağa imkanımız belə yoxdur. Artıq qohum-qonşunun köməyi ilə yaşayırıq. Bizə bildirirlər ki, uşağımızın müalicəsi xarici ölkədə mümkündür. Ancaq bizim hazırda heç bir imkanımız yoxdur. Fəridə Osmanovanın savadsızlığı və səriştəsizliyi bizim ailəni dilənçi gününə saldı, övladım şikəst qaldı».

Pərviz Niftalıyev Ləki qəsəbəsi, ümumiyyətlə, Ağdaş xəstəxanalarında dəhşətli vəziyyətin yaranmasının günahkarı qismində baş həimi görür. O yazır ki, 1992-ci ildən Ağdaş Xəstəxanasının baş həkimi vəzifəsində işləyən Nuru Nuriyev korrupsiyaya yol verən hərəkətləri ilə diqqəti çəkir. «Ağdaşda səhiyyə bərbad gündədir. Mərkəzi Rayon Xəstəxanasının özündə də özbaşınalıq, qanunsuzluq baş alıb gedir. 5000 nəfər sakini olan Ləki qəsəbə xəstəxanasında savadlı təcrübəli həkimlər yoxdur. Pediatr ixtisası olan, savadı, təcrübəsi olmayan Fəridə həkim doğuşlar həyata keçirir ki, nəticəsidə bizim başımıza gətirilən məlum özbaşınalıqlarla başqaları da üzləşirlər».

Rayon sakini qeyd edir ki, başlarına gələnlərlə bağlı Səhiyyə Nazirliyinə yazdıqları şikayət ərizələrinə baxılmaq üçün Ağdaşın baş həkiminə gönlərilib. «Amma Nuru Nuriyev öz şəxsi maraqlarına görə, məsələni obyektiv araşdırmadan, faktı ört-basdır edib».

Pərviz Niftalıyev sonda mətbuat vasitəsi ilə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək, qızı Sevdanın xarici ölkədə müalicə edilməsinə köməklik göstərməsini xahiş edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.