banner
banner

Sosİal

Energetika naziri vətəndaşları qəbul edibĞ

Energetika naziri vətəndaşları qəbul edibĞ

Energetika naziri Pərviz Şahbazov aidiyyəti struktur bölmələrin nümayəndələrinin iştirakı ilə Energetika Nazirliyində vətəndaşları qəbul edib.

Trend-in məlumatına görə, qəbulda Bakının Qaradağ və Nizami rayonundan, eləcə də Şirvan şəhərindən olan 10-a yaxın vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, elektrik xətlərinin dəyişdirilməsi, qaz sayğaclarının yenilənməsi, tikinti obyektlərinin qaz təchizatı şəbəkəsinə qoşulması, işlə təminat və digər məsələlərlə bağlı olub.

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.