Londonda çoxmənzilli binada yanğın olub: 30 mənzilə zərər dəyib
Londonun şərqində yerləşən yaşayış binasında yanğın baş verib.
Trend-in məlumatına görə, yanğın nəticəsində binanın 30 mənzilinə zərər dəyib, iki nəfər xəsarət alıb.
Məlumata əsasən, yanğın yerli vaxtla saat 15:31-də Barkinq rayonundakı çoxmənzilli yaşayış binasında baş verib.
Hadisə yerinə yanğından mühafizə xidmətinin 15 avtomobili, 100-dən çox yanğınsöndürənlər, polis əməkdaşı və tibb işçiləri cəlb edilib. Yanğından dərhal sonra bütün sakinlər təxliyə olunub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.