Model Amine Gülşe və futbolçu Mesut Özil cütlüyünün toyu ilə bağlı xəbərlər hələ də gündəmdən düşmür.
Axşam.az-ın məlumatına görə, Boğazda gerçəkləşən toyda cütlük yaşadıqları eşq qədər etdikləri ilə də dillər əzbəri olub.
Geyindiyi gəlinlik çox danışılan Amine 3 dəfə paltar dəyişib. Gəlinliklər 2 aya hazırlanıb. 300 qonağın qatıldığı məclisə 800 min lirə (təxminən 234 min manat) xərclənib. Gecədə Amine Gülşeyə rekord sayda zinət əşyası taxılıb.
Cütlük Mesutun özəl düzəltdirdiyi Alaçatıda yerləşən 10 milyon lirəlık (təxminən 2,9 milyon manat) villada bal ayı edəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.