Azərbaycanın və Türkiyənin Müdafiə nazirləri Naxçıvanda Təlim-Tədris Mərkəzini və Heydər Əliyev adına Hərbi Liseyi ziyarət ediblər
İyunun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə birgə Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan şəhərində yerləşən hərbi hissəsində və Təlim-Tədris Mərkəzində olublar.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraiti ilə tanış olub, hərbi hissənin sərəncamında olan yeni silah və hərbi texnikaya, eləcə də bir sıra hərbi infrastruktur obyektlərinə baxış keçiriblər. Sonra Müdafiə nazirləri Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyi ziyarət ediblər.
Qonaqlar hərbi təhsil müəssisəsi ilə tanış olublar. Vurğulanıb ki, dövlət rəhbərliyinin himayəsi və yüksək qayğısı ilə liseydə ən müasir şərait yaradılıb. Burada kursantların təhsili ilə yanaşı sosial müdafiəsi və vətənpərvərlik tərbiyəsi də daim diqqət mərkəzindədir.
Daha sonra liseyin pedaqoji kollektivi və kursantlarla görüşən nazirlər tədris korpusunda və yataqxanada yaradılan şəraitlə tanış olublar.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.