“Çernobıl” faciəsinə həsr olunmuş eyniadlı serialdan sonra hadisənin baş verdiyi əraziyə maraq çoxalıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ukraynanın Pripyat şəhərinə gedən ziyarətçi sayı 40 faiz artıb.
Ziyarətçilər burdan fotolar çəkərək sosial media hesablarında paylaşırlar. Ancaq məşhur olmaq istəyən bir qızın yarıçılpaq fotoları tənqid edilib.
Ekran işinin senaristi Kreiq Mazin də bu fotolara kəskin reaksiya göstərib.
"Serialın qadağan olunmuş bölgəsini ziyarət etmələri təqdirəlayiqdir. Orada çəkilən fotoları gördüm. Həmin yerə getdiyinizdə oradakı faciəni xatırlayın. Bu dəhşəti yaşayan insanlara hörmət göstərin" deyə o, Tvitter hesabında yazıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.