banner
banner

Hərbİ

Sarkisyan böyük itki etirafını etdi

Sarkisyan böyük itki etirafını etdi

Serj Sarkisyan hakimiyyəti əsgər itkilərini gizlətməyi Ermənistan mətbuatında cəbhə xəbərlərini yazmağı qadağan edir.
Ermənistan silahlı qüvvələrinin son aylar verdiyi çoxsaylı itkilər fonunda İrəvanda əsgər analarının kütləvi aksiyalar keçirməsi Sarkisyan rejiminin media üzərində nəzarəti tam ələ keçirməsinə gətirib çıxartmaqdadır. Artıq bunun üçün ilk addımlar atılıb. 
Ermənistan Müdafiə Nazirliyi hesab edir ki, Azərbaycan informasiya müharibəsində onları üstələyir. Nazirliyin nümayəndəsi Artsrun Ovannisyan verdiyi açıqlamada bunun günahını erməni mediasında görüb. Onun sözlərinə görə, erməni mediası Azərbaycanın yaydığı xəbərləri verməklə informasiya müharibəsində Bakının yanında olurlar: "Azərbaycan qəsdən belə məlumatlar yaymaqla Ermənistanda gərginlik yaratmaq istəyir". 

Ovannisyan hesab edir ki, bundan sonra cəbhə ilə bağlı xəbərlərin monitorinqi olacaq və lazımi tədbirlər görüləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.