banner
banner

Gündəm

Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

Baş prokuror Zakir Qaralov Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransı çərçivəsində paytaxtda səfərdə olan Türkiyənin Baş ombudsmanı Şeref Malkoçla görüşüb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qonağı səmimi salamlayan Z.Qaralov tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin hər iki qardaş ölkənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ədoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi nəticəsində 2019-cu ilin birinci rübündə imzalanmış Fərman və Sərəncamların əməli icrası ilə minimum əməkhaqları və pensiyaların əhəmiyyətli dərəcədə artırılması, həmin sosial paketin mərhələli şəkildə bütün əhali qrupları daxil olmaqla ümumilikdə 3 milyona yaxın insanı əhatə etməsi barədə ətraflı məlumat verən Baş prokuror, ölkəmizdə əmin-amanlıq və sabitlik mühitinin hökm sürdüyünü, vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunduğunu bildirmişdir.

Cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər, ölkə əhalisi, eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən və dünyada artıq Azərbaycan brendi kimi tanınan “ASAN Xidmət” Mərkəzlərinin, həmçinin həyata keçirilən sosial siyasətin ifadəsi olmaqla əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan yaratmış Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) əhəmiyyəti qonaqların diqqətinə çatdırılmışdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyənin Baş ombudsmanı Azərbaycanda görülən işləri, aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirmiş, ölkəmizdə müasir dünyanın çağırışlarına cavab vermək iqtidarında olan və ən yüksək tələblərə cavab verən hüquq mühafizə sisteminin formalaşmasından məmnunluq ifadə etmişdir.

 

Şeref Malkoç hər iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, əməkdaşlıq və işbirliyimizin xalqlarımız və ölkələrimizin mənafelərinə xidmət edəcəyini vurğulamışdır.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmışdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.