banner
banner

İdman

Roberto Karlos Azərbaycan millisində?

Roberto Karlos Azərbaycan millisində?

Türkiyə mətbuatında Azərbaycan futbolu ilə bağlı maraqlı iddia ortaya atılıb.

ANS PRESS-in məlumatına görə, iddia olunur ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası alman mütəxəsis Berti Foqtsun yerinə tanınmış futbol adamına təklif göndərib.

Belə ki, AFFA millinin baş məşqçi postu üçün tanınmış mütəxəssis Roberto Karlosa təklif aparıb. Federasiya səlahiyyətliləri Roberto Karlos ilə bir görüş keçirib. Braziliyalının Türkiyədə yaşaması, Rusiyadakı futbolu bilməsi və bölgə insanını tanıması səbəbiylə Azərbaycanın siyahısında ilk sırada yer alır. İddiaya görə, Roberto Karlosa 5 milyon dollar təklif edilib.

Karlos isə Azərbaycan millisinin hazırki vəziyyətin yaxşı olmaması səbəbiylə bu təklifi rədd edib. Braziliyalının bu qərarı uğursuzluq ehtimalından çəkindiyi üçün verdiyi bildirilir.

Qeyd edək ki, Roberto Karlos hazırda Türkiyənin "Sivasspor" komandasını çalışdırır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.