banner
banner

Dünya

Ərdoğan İrana gedir

Ərdoğan İrana gedir

Türkiyə porezidenti Rəcəb Tayib Ərdoğanın İrana nəzərdə tutulan rəsmi səfərinin tarixi məlum olub. Cia.az-ın yerli mənbələrə istinadən verdiyi məlumata görə, Ərdoğan 6-7 aprel tarixlərdə İranda rəsmi səfərdə olacaq. 
Ərdoğanın Yəməndə baş verən hadisələr zəminində İrana qarşı səsləndirdiyi bəyanat bu ölkəyə əvvəldən planlaşdırılan səfəri barədə bəzi sualların yaranmasına səbəb olmuşdu. Belə ki, Türkiyə prezidenti, İran və terrorçular Yəməndən çıxmalıdır demiş və baş verən hadisələrə müdaxilə edən ərəb koalisiyasına dəstəyini ifadə etmişdi. 
Ərdoğanın bu açıqlaması iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Belə ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur Ərdoğanın İran səfərinin təxirə salınmasının labud olduğunu demişdi:

“İrana qarşı səsləndirdiyi bəyanatdan sonra Rəcəb Tayyib Ərdoğanın Tehran səfərinin hər hansı bir müsbət nəticəsi olmayacaq. Bu səbəbdən də həmin səfər təxirə salınmalıdır”. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.