"Yuventus"un portuqaliyalı ulduzu Kriştiano Ronaldo sevgilisi, model Kristina Rodriqes ilə tətilə çıxıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu bu dəfə kirayəyə götürdüyü yaxta üçün həftəlik 200 min dollar, Yunanıstandakı villa üçün isə 56 min avro xərcləyib.
47 metr uzunluğu olan yaxtada 6 yataq otağı, idman və kino salonları da var.
Qeyd edək ki, Ronaldo xərclədiyi pullarla hər zaman adından söz etdirir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.