banner
banner

Dünya

Əfqanıstanda prezident seçildi

Əfqanıstanda prezident seçildi

Əfqanıstanın mərkəzi seçki komissiyası Əşrəf Qəni Əhmədzayı prezident seçkilərinin qalibi elan edib.

CİA.Az APA-ya istinadən xəbər verir ki, mətbuata açıqlama verən Ə. Əhmədzay bildirib ki, yeni hökumətin tərkibinin formalaşması zamanı qadınlara xüsusi önəm veriləcək:

“Qadınlar hökumətdə, təhsil və iqtisadiyyat sahələrində yaxşı təmsil olunmalıdırlar”.

Yeni hökumətdə bir sıra vəzifələrin qadınlara veriləcəyini deyən Ə. Əhmədzay qeyd edib ki, ölkənin əsas problemi yoxsulluq, savadsızlıq və təhlükəsizliyin zəif təmin olunmasıdır.

Qeyd edək ki, prezidentliyə namizədlər öz aralarında saziş imzalayıblar. Razılaşmaya görə, Ə. Əhmədzayın rəqibi, sabiq xarici işlər naziri Abdulla Abdulla baş nazir vəzifəsini tutacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.