Fransa futbolunun canlı əfsanəsi Zinəddin Zidan hədəfini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan Zidan gələcəkdə Fransa yığmasını çalışdırmaq istədiyini bildirib: "Hədəfim gələcəkdə Fransa millisini çalışdırmaqdır. Bunun nə zaman həyata keçəcəyini söyləmək çətindir. Ancaq mənim vaxtım var və buna nail olacağıma inanıram". Qeyd edək ki, Zidan hazırda "Real"ın ikinci komandası "Kastilya"nı çalışdırır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.