Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyinin qeyd edilməsi üçün Tədbirlər Planı hazırlanacaq.
Trend-in məlumatına görə, AMEA prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında 2020-ci ilin mart ayında AMEA-nın yaradılmasının 75 ilinin tamam olacağını bildirib.
Akademik 2015-ci ildə təntənəli şəkildə qeyd olunan akademiyanın 70 illik yubileyində iştirak edən ölkə prezidentinin dərin məzmunlu nitqi ilə Azərbaycan elminin respublikanın inkişafı ilə şərtlənən prioritet fəaliyyət istiqamətlərini müəyyənləşdirdiyini xatırladıb. Bu prioritet istiqamətlər üzrə AMEA-da kompleks tədbirlər həyata keçirildiyini, intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasından irəli gələrək akademiyanın ölkənin inkişafında mühüm rol oynadığını nəzərə çatdırıb.
İclasda Rəyasət Heyətinin qərarı ilə AMEA-nın elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına, AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələrinə akademiyanın 75 illik yubileyi ilə bağlı təkliflər hazırlayıb müəyyən edilmiş müddətdə Rəyasət Heyətinə təqdim etmələri, bu təkliflər əsasında yubileyin Tədbirlər Planının hazırlanması tapşırılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.