Qondarma Donetsk və Luqanks “xalq respublikları” Kiyevə ölkənin yeni konstitusiyasının hazırlanması üçün vahid komissiya yaradılmasını təklif ediblər.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyada çıxan “Nezavisimaya qazeta” xəbər verib. Separatçıların lideriləri bildiriblər ki, 2015-ci il 12 fevral tarixli Minsk razılaşmasında Ukraynada konstitusiya islahatının keçirilməsi nəzərədə tutulub. Onların sözlərinə görə, bu islahatlar Ukraynanın “mərkəzsizləşdirilməsinə” xidmət etməlidir. Bundan sonra isə tərəflər – iki separatçı vahid və Kiyev konstitusiya qanunvericiliyini “sinxronlaşdırmalıdırlar”. Separatçı liderlər bildirirlər ki, belə bir təkliflə çıxış etsdələr də, Kiyevdən heç bir cavab almayıblar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.