Səudiyyə Ərəbistanı rəhbərlıiyi altında ərəb kolasiyasının dəniz donanmalarına aid gəmilər Yəmənin dəniz limanlarını blokadaya alıb.
ANS PRESS-in məlumatına görə, müşahidəçilər bildirirlər ki, limanların blokadaya alınmasından məqsəd onların şiəməzhəb huti qiyamçılarının əlinə keçməsinin qarşısını almaqdır. Səudiyyə Hərbi Dəniz Qüvvələrinin briqada generalı, koalisiyanın sözçüsü Ahmed Asiri bildirib ki, silahların və döyüşçülərin limanlara daxil olmasına imkan verilmir. Səudiyyə koalisiyasının təyyarələri ötən gün ərzində Yəmənin 21 əyaləti üzərində hava reydləri keçirib. Koalisiya hava zərbələrinin köməyi ilə qiyamçıların Ədən şəhərinə daxil olmasını əngəlləmək istəyir. Şiə qiyamçılardan qaçan Yəmən prezidenti Abed Rabbo Mansour Hadi əvvəlcə məhz bu şəhərə sığınmışdı. ABŞ-ın əl-Qaedaya qarşı mübarizədə əsas müttəfiqlərindən olan Hadi hələ də Yəmənin rəsmi prezidenti hesab olunur. ABŞ isə Yəmən reydlərində Səudiyyəyə dəstək versə də, hava zərbələrində bilavasitə iştirak etmir.
Hutilər öz növbəsində hava reydləri başlanandan bəri Yəməndə olan 140 xarici vətəndaşı həbs ediblər. Onlar Səudiyyə təyyarələrinə nişançılıq etməkdə şübhəli bilinirlər. Qeyd edək ki, bir çox təhlilçilər bu münaqişəni şiəməzhəb İran və sələfi Səudiyyə arasında nüfuz müharibəsi kimi qiymətləndirirlər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.