Müğənni Demet Akalın apreldə işıq üzü görən albomunun ilk konsertini ötən gün gerçəkləşdirib.
Axşam.az xəbər verir ki, 5 min insanın qarşısına çıxan Akalın ötən ilki tamaşaçı sayını aşaraq, öz rekordunu yeniləyib.
Bütün biletləri günlər əvvəl bitən müğənnini dinləməyə gələnlər arasında əri Okan Kurt, qayınatası Abdi Kurt, qayınanası Yıldız Kurt və sənət dostları da yer alıblar.
Üzəri əl işləməsi olan qısa libas geyinən Demet arıqlaması və şousu ilə diqqət çəkib. Sənətçi özəl hazırlanan səhnə dekorasiyası üçün 45 min lirə (təxminən 13 min manat) xərcləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.