Müğənni Murad Boz günlərdi haqqında danışılan bəxşiş mövzusuna son qoyub.
Axşam.az-ın məlumatına görə, sənətçinin restoranda hesab ödəyən zaman 200 lirə verdiyi, geri qalan 170 lirənin qaytarılmadığını görüb, mübahisə etdiyi iddia olunmuşdu.
Bir çoxları Muradın belə bir addım atmayacağını yazaraq, müğənninin müdafiəyə qalxıb. Boz isə iddialara özü cavab verərək, mübahisəyə son qoyub.
Murad "Hər kəs haqqını istəməyi bacarmalıdır. Burada yanlış bir hərəkət yoxdur. Hesabı ödəyirsiniz, pulunuzun qalan hissəsi sizə qaytarılmalıdır. Oturub gözləyirsiz, amma gətirmirlər. Əgər bəxşiş verəcəyəmsə, buna mən qərar verməliyəm, restoranın əməkdaşları yox" deyə, açıqlamasında qeyd edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.