2008-ci ildə vəfat edən Türkiyənin NATO-dakı təmsilçisi Faruk Yalçının qızı Sürəyya Yalçın vətəninə dönüb.
Axşam.az xəbər verir ki, həyat yoldaşı ilə tətilə gələn Sürəyyanın digər dönüş səbəbi isə 10 ildir davam edən mirasla bağlı məhkəmənin yekunlaşmasıdır.
Belə ki, qardaş və bacıları tərəfindən mirasdan məhrum edilməsi tələb olunan S.Yalçın sonda məhkəməni qazanıb. O, atasından qalan 97 milyon dollar (təxminən 165 milyon manat) pulun sahibi olub.
Qeyd edək ki, Faruk Yalçın 4 milyard dollarlıq sərvəti ilə Türkiyənin ən varlı biznesmenləri sırasında idi. İş adamı öləndən sonra mirası 20 hissəyə bölünüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.